Yardımlıda icra başçısının müavini 72 min manatı hara xərcləyib?

Yardımlıda icra başçısının müavini 72 min manatı hara xərcləyib?
Bütün Xəbərlər
13:00 29.08.2012
2147

İcra başçısının müavini Azər Xamıyev 72 min manatı hara xərclədiyini izah edə bilmir

Maliyyə Nazirliyi Yardımlı rayonunda yoxlama təşkil edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Sevindik Hətəmovun yenicə başçı təyin olunduğu rayonda külli miqdarda yeyintiyə yol verilib. Jam.az-a daxil olan məlumata görə, təkcə rayon İdman və Turizm İdarəsinin balansından 72 min manatın hara xərcləndiyi məlum olmayıb. Bildirilir ki, həmin idarənin rəhbəri Azər Xamıyev olub. Hazırda isə bu postda başqa biri əyləşir. Çünki Xamıyev faktiki olaraq Sevindik Hətəmovun birinci müavini təyin olunub. Amma yeyinti faktı onun idarə rəhbəri olduğu dövrünə aiddir. Məlumatda deyilir ki, nazirliyin nümayəndələri bununla bağlı akt tərtib edərək, «yoxa çıxmış» pulun geri qaytarılması üçün məsələ qaldırıblar. Azər Xamıyev isə vəziyyətdən çıxmaq üçün icra başçısından yardım istəyib. Deyilənlərə görə, Sevindik Hətəmov bununla bağlı Maliyyə Nazirliyi ilə danışıqlar aparmağa başlayıb. Bildirək ki, Azər Xamıyevin adı bir müddət əvvəl başqa işlərdə də hallanırdı. Belə ki, onun büdcə vəsaiti hesabına özünə və yaxınlarına kənd təsərrüfatı texnikası aldığı barədə xəbərlər mövcud idi. Görünür, idarə rəhbəri olduğu vaxt yediyi 72 min manatı da bu istiqamətdə sərf edib.

OXŞAR XƏBƏRLƏR