Yardımlının baş həkimi xəstəni döyüb?

Yardımlının baş həkimi xəstəni döyüb?
Bütün Xəbərlər
15:21 28.06.2013
1581

Fəxrəddin Əkbərov kasıbların xəstəxanaya buraxılmasına qadağa qoyub

Yardımlı rayonunda utancverici hadisələrin baş verdiyinə dair məlumatlar yayılıb. 

AZXEBER.COM-un məlumatına görə, Jam.az-ın elektron ünvanına göndərilən məlumata görə, hal hazırda rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq və biabırçılıq baş alıb gedir. Həmin məlumatda vurğulanır ki, Yardımlı Mərkəzi Xəstəxanasının baş həkimi Fəxrəddin Əkbərovun göstərişinə əsasən iyunun 26-dan etibarən xəstəxanaya kasıbların buraxılmasına qadağa qoyulub.

Hətta o da iddia edilir ki, müalicə və müayinə məqsədi ilə xəstəxanaya baş vurmuş xəstələrdən biri Fəxrəddin Əkbərov tərəfindən fiziki zorakılığa məruz qalıb. Məlumatı verən şəxs onu da bildirib ki, bu ilk hadisə deyil. Bir müddət əvvəl də eyni olaylar yaşanıb. Lakin məsələnin mətbuata çıxmasına imkan verilməyib. Rayon sakinləri Səhiyyə Nazirliyinə müraciət edərək, yaşanan biabırçılığın araşdırılmasını tələb edirlər.

OXŞAR XƏBƏRLƏR