Yardımlıya 2 milyon manat ayırıldı

Yardımlıya 2 milyon manat ayırıldı
Bütün Xəbərlər
20:00 07.01.2013
931
Azərbaycan prezidenti İlham Əliyev Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezident Yardımlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə Yardımlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
OXŞAR XƏBƏRLƏR