Yarışa çıxan “06” “Range Rover”ə çırpıldı: Yaralılar var

Yarışa çıxan “06” “Range Rover”ə çırpıldı: Yaralılar var
Bütün Xəbərlər
11:45 09.05.2015
1525
Yaralının vəziyyəti ağırdır.
Bakının Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM-un Lent.az-a istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Prospektlə “Koroğlu” metrosu istiqamətində sürətlə hərəkətdə olan “VAZ-2106” markalı 10 OT 142 dövlət nömrə nişanlı avtomobil əvvəlcə “Range Rover” markalı 10 ZZ 945 dövlət nömrə nişanlı maşına, daha sonra yol kənarındakı beton arakəsməyə çırpılıb.
Hadisə nəticəsində “VAZ-2106”-nın sürücüsü və avtomobildəki sərnişin xəsarət alıblar. Sürücü yaralı vəziyyətdə hadisə yerini tərk edib, ağır xəsarətlər alan sərnişin isə deformasiyaya uğramış avtomobildə qalıb. O, hadisə şahidlərinin yardımı ilə maşından çıxarılıb və təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər KLiniki Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan sərnişinin 21 yaşı var, adı Ağakişidir. Onun soyadı dəqiqləşdirilir. Yaralının vəziyyəti ağırdır.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin məlumata görə, qəzaya uğrayan “VAZ-2106” və eyni markalı digər avtomobil yarışırmış. Avtomobillərdən biri qəzaya uğrayıb, digəri isə hadisə yerini tərk edib. Hadisə yerindən qaçan sürücünün və digər avtomobilin axtarışlarına başlanılıb.
OXŞAR XƏBƏRLƏR