Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib.
AZXEBER.COM xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb.
Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindəki eyvandan yıxılan gənc hadisə yerində ölüb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.










































