Quliyevanın tapılması istiqamətində iş aparılır.
Bakıda gənc qız itkin düşüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, Yeganə Ədalət qızı Quliyeva 28-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı 1996-cı il təvəllüdlü Qıztamam Şahin qızı Quliyeva yaşadığı evdən fevralın 5-də çıxıb və bir daha geri qayıtmayıb.
Hazırda Q.Quliyevanın tapılması istiqamətində iş aparılır.