Yasamalda qorxulu anlar: Polisə bıçaqla hücum etdilər

Yasamalda qorxulu anlar: Polisə bıçaqla hücum etdilər
Bütün Xəbərlər
13:14 04.12.2012
1518

Bakıda polisə silahlı hücum olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 3-də saat 15.30 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Ağayev ictimai qaydanı pozduğuna görə həmin ərazidə xidmətdə olan Çevik Polis Alayının əməkdaşı onu intizama dəvət edib. Bu zaman T. Ağayev polisin qanuni tələblərinə tabe olmayaraq bıçaqla ona hücum edib. T. Ağayev tərksilah edilib və barəsində toplanmış materiallar sonrakı araşdırmalar aparılması üçün rayon prokurorluğuna göndərilib.

OXŞAR XƏBƏRLƏR