“Beynəlxalq Həyat” jurnalı təqaüdçülükdə yaşanılacaq ən yaxşı ölkələri müəyyənləşdirib.
AZXEBER.COM-un məlumatına görə, yaşayış üçün ən yaxşı ölkələrə Ekvador, Panama və Meksika başçılıq edir.
Bu ölkələrdə yaşayış üçün hər cür şərait, sağlamlıq infrastrukturu, xüsusi kömək pulu, inteqrasiya olunma, uzunömürlülük diqqət çəkir.
Malayziya, Kolombiya, Yeni Zelandiya, Nikaragua, İspaniya, Tayland və Honduras da yaşlı insanlar üçün əlverişli ölkələrdəndir.
İlk 19-un nümayiş olunduğu siyahıda bu ölkələrin sırasına Urugvay, İtaliya, Braziliya, İrlandiya, Fransa, Kosta- Rika, Beliz, Şili və Dominik Respublikası da daxil edilib.
Maraqlıdır ki, siyahıda ABŞ-ın adı yoxdur.
Sevil Rəsulzadə