Yaşı 65-dən çox olan deputatların koronavirus qorxusu: “Biz də evdən çıxmayacağıq!”

SOSİAL
11:55 24.03.2020
2147
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Karantin rejimi müddəti ərzində -  24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək. Yeri gəlmişkən,  Milli Məclis deputatları arasında da yaşı 65-dən yuxarı olan insanlar var. Maraqlıdır, 65 yaşdan yuxarı olan deputatlar qaydalara riayət etməyi düşünürmü?

AZXEBER.COM xəbər verir ki, Modern.az saytı yaşı 65-dən yuxarı olan bir neçə deputatın fikrini öyrənməyə çalışıb.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, qaydalara riayət etmək məcburiyyətindədir: "Mənim də yaşım 65-dən yuxarıdır. Mən də bu müddət ərzində evdən çölə çıxmayacam. Hesab edirəm ki, hər birimiz qaydalara əməl etməliyik. Bunu təkcə özümə görə etmirəm. Evdən çölə çıxmamaqla, digər insanları da xəstəlikdən qorumuş olacam. Əgər işimlə bağlı zərurət yaranarsa, onlayn qaydada həyata keçirəcəm".

Parlamentin ən yaşlı deputatı Fəttah Heydərov da qaydalara əməl edəcək: "Mən də bu müddət ərzində evdən çölə çıxmayacam. Hesab edirəm ki, qoyulan qaydalara hörmətlə yanaşmalıyıq. 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxmamasını məsləhət görürəm. Mən də dövlətin bu qərarını dəstəkləyirəm. Bu cür addımlar insanlarımızin sağlamlığının qorunmasına hesablanıb".

Deputatı Fəzail Ağamalı da evdən çölə çıxmadığını deyib: "Bir həftə olar ki, evdən çölə çıxmıram. Mən də 65 yaşdan yuxarı olan insanlar kateqoriyasina daxiləm. Həyat yoldaşımla bağda yaşayıram. Onun da 69 yaşı var. Hesab edirəm ki, verilən qərar alqışlanmalıdır. Çünki koronavirus pandemiyası dünyada sürətlə yayılır. Ölüm faktları da çoxdur. Ona görə də dövlətimiz çalışır ki, vətəndaşlarımiz bu bəladan itkisiz çıxsın. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Buna baxmayaraq, hər bir qaydaya riayət etmək məcburiyyətindəyik. Çünki bu qaydalar xalqımızın sağlamlığının qorunması üçün edilir. Mən də aprelin 20-nə qədər evdən heç yerə getməyəcəm".

Millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, bu müddət ərzində yaradıcı fəaliyyətlə məşğul olacaq: "Dövlətimizin bu addımı müsbətdir. 65 yaşdan yuxarı olan deputatlar da bu qaydalara əməl etməli və digər yaşlı insanlara nümunə olmalıdır. Çətin də olsa, mən də evdən çölə çıxmayacam. Həmçinin yaradıcı deputat olaraq fürsətdən istifadə edəcəm. Bu müddət ərzində evdə yaradıcılıqla məşğul olacam".

Digər yaşlı deputat İsa Həbibbəyli dövlətin verdiyi qərardan yararlanmağı tövsiyə edib: "Bayram günlərində evdən çölə çıxmadım. Dünənki qərardan sonra isə evdən çıxmamaq işimi davam etdirəcəm. Dünyadaki vəziyyəti hamınız görürük. Koronavirus pandemiyası təhlükəli həddə çatıb. Ona görə də dövlətimizin verdiyi qərara əməl etməliyik. Hesab edirəm ki, dünyadakı koronavirus pandemiyasının necə bir bəla olduğunu dərk edən insanlar ölkəmizdəki qaydalara riayət etməlidirlər. Bir akademik olaraq evdə boş oturmayacam. Yaradıcılıqla məşğul olacam. Bir həftə ərzində kitabxanami gözdən keçirtmişəm. Hazırda monoqrafiya üzərində çalışıram. Hər bir 65 yaşdan yuxarı şəxsləri qoyulan qaydalara əməl etməyə çağırıram. Mən də öz növbəmdə fürsətdən istifadə edib akademiyadaki işlərimi evdə davam etdirəcəm". 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:53 31.10.2020

MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"

17:27 31.10.2020

MN: Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir

17:21 31.10.2020

Leyla Abdullayeva XİN rəhbərlərinin Cenevrə görüşündən danışdı: “Bundan sonra...”

17:03 31.10.2020

XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

17:00 31.10.2020

Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ

16:55 31.10.2020

Ali Məhkəmə bəyanat yaydı

16:45 31.10.2020

Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edildi - Video

16:26 31.10.2020

“Bu gün ermənilər rayonlarımıza 300-dən artıq mərmi atıb”

16:25 31.10.2020

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

16:12 31.10.2020

"Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir"

15:53 31.10.2020

Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi

15:42 31.10.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı daha da artdı

15:24 31.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

14:57 31.10.2020

Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub

14:54 31.10.2020

İlham Əliyev: "Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır"