“Yaşıl dünya naminə həmrəylik ili”ndə imkanlar kənd gənclərinə doğru

GƏNCLİK
12:46 08.07.2024
2260
"İmkanlar sənə doğru!" şüarı ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan Səyyar Gənclər Xidməti fəaliyyətinə qaldığı yerdən davam edir.

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasına əsasən, bu il Səyyar Gənclər Xidməti gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlib. 

Dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı xidmət və proqramların ucqar kəndlərdə yaşayan gənclərin də əlçatanlığının artırılması, gənclər siyasəti ilə bağlı maarifləndirmə, eləcə də gənclərin sosial aktivliyinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili, və onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etmək məqsədi daşıyan layihə ilk olaraq Ağdaş rayonunda həyata keçirilib.

6-10 iyul 2024-cü il tarixləri aralığında Ağdaşın Qəsil kəndində baş tutacaq layihənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində ilk olaraq söz Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilova söz verilib. Daha sonra Ağdaş rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə müavini Aynur Novruzova rəsmiləri və gəncləri salamlayıb. Rəsmi hissə istedadlı gənclərin musiqili çıxışları ilə yekunlaşıb. 

Gənclərin ekologiya (COP29), vətənpərvərlik, sahibkarlıq, karyera və rəqəmsal alətlərdən effektiv istifadə mövzularında peşəkar şəxslərlə, eləcə də bir sıra tərəfdaş qurumların nümayəndələri ilə görüşləri təşkil edilib. Daha sonra gənclər üçün "Gənclər siyasəti və dövlətçilik", "Zərərli vərdişlərə yox deyək", "Peşə seçimi və karyera" və "Sağlam və təhlükəsiz həyat" mövzularında təlim sessiyaları keçirilib.

Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün müxtəlif sahələr - robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar həyata keçirilib.

Qeyd edilənlərə əlavə olaraq, tədbir ərazisində STEAM formatlı innovativ sərgi, gənclərin "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət, gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti yer alıb.
 
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda "Xəmsə" intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, "Jenga" oyunu, kəndir dartma yarışı baş tutub. Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb.

Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" tərəfindən həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər