"İctimai Diplomatiya Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Yaşıl yol və yol mədəniyyətinin yüksəldilməsi” - yol-nəqliyyat hadisələrinin və bu zaman ölüm hallarının azaldılması məqsədilə ictimaiyyətin maarifləndirilməsi layihəsi uğurla icra edilib.
AZXEBER.COM xəbər verir ki, layihənin rəhbəri Yusif Poladov bildirib ki layihənin əsas məqsədlərindən biri də yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar barədə əhaliyə geniş məlumat verməklə sürücülərin bu sahədə maarifləndirilməsi və gələcəkdə onların hüquqlarının müdafiəsinə yardım etməkdir. Azərbaycanda yol və yol hərəkəti mədəniyyəti qaydalarının populyarlaşdırılması və onlara əməl edilməsinin təmin olunmasında vətəndaşlara və müvafiq dövlət qurumlarına yardımçı olmaq, sürücü və piyadalara yol mədəniyyəti barədə məlumat verərək, düzgün və təhlükəsiz yoldan istifadə qaydalarının öyrədilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və bu sahədə yüksək standartların tətbiqi üçün ictimai rəylə işləməkdir. O qeyd edib ki, Layihə çərçivəsində Şirvan şəhərində orta ümumi təhsil məktəblərində təlimlər və velo yürüş təşkil olunub. Təlimlərdə ümumilikdə 210 gənc və yeniyetmə iştirak edib.
İştirakçılara layihə çərçivəsində nəşr etdirilmiş maarifləndirci bukletlər paylanılıb.