Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama

Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama
SOSİAL
15:10 15.11.2026
100
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, açıqlamada deyilir:

"Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.

Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verir.

Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!

Elviranın əziz xatrirəsi müəllimləri və tələbə yoldaşlarının yaddaşında hər zaman çalışqan, fəal, pozitiv və mərhəmətli gənc kimi əbədi yaşayacaq!”
OXŞAR XƏBƏRLƏR