Yaxın vaxtlarda internet provayderləri üçün imkan yaranacaq ki, internetin qiyməti aşağı salınsın.
AZXEBER.COM xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovbildirib.O, qeyd edib, bu yaxınlarda Tarif Şurası rabitə və informasiya texnologiyaları xidmətləri üzrə qiymətlərə baxaraq əksər xidmətlərin qiymətini aşağı salıb.Nazirin sözlərinə görə, aşağı salınan xidmətlərin bir çoxu internetin qiymətinin aşağı salınmasına təsir edən xidmətlərdir:“Bunu yaxın vaxtlarda internet provayderləri də hiss edəcək və internetin qiymətinin aşağı salınması imkanı yaranacaq”.