Yayda günün altında zəhərə çevrilən qidalar - AÇIQLAMA

Yayda günün altında zəhərə çevrilən qidalar - AÇIQLAMA
SOSİAL
21:58 25.05.2026
589
Yay aylarında temperaturun yüksəlməsi qida məhsullarının daha tez xarab olmasına səbəb olur. Bu isə qida zəhərlənmələrinin artması üçün əlverişli şərait yaradır. Xüsusilə düzgün saxlanılmayan və gigiyenik qaydalara əməl edilmədən hazırlanan qidalar insan sağlamlığı üçün ciddi risk daşıyır. Bu səbəbdən yay mövsümündə qida təhlükəsizliyinə daha çox diqqət yetirilməsi vacib hesab olunur. Bəs hansı məhsullar daha çox risk daşıyır?

Məsələ ilə bağlı qida eksperti, nutrisoloq Fərid Səfərov Demokrat.az-a bildirib ki, yay aylarında havanın isti keçməsi qidaların daha tez xarab olmasına səbəb olur:

"Xüsusilə düzgün saxlanılmayan və gigiyenik şəraitdə hazırlanmayan məhsullar qida zəhərlənməsi riskini artırır. Ən çox risk yaradan qidalar arasında ilk sırada ət və toyuq məhsulları dayanır. Açıq havada uzun müddət qalan kabab, dönər, kotlet və digər bişmiş ətlər bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Süd və süd məhsulları da yayda tez xarab olur. Xüsusilə açıqda satılan süd, qaymaq, pendir, dondurma və mayonezli salatlar diqqətli istifadə olunmalıdır. Soyuq zəncir qorunmadıqda bu məhsullar sağlamlıq üçün təhlükəli ola bilər".

Ekspert deyib ki, dəniz məhsulları və balıq da isti havada riskli qidalar sırasındadır:

"Düzgün temperaturda saxlanmadıqda həm qoxu dəyişir, həm də zəhərlənmə riski artır. Eyni zamanda küçədə satılan və uzun müddət gün altında qalan fastfood məhsulları, şaurma, hot-doq və souslu yeməklər də təhlükə yarada bilər.

Meyvə və tərəvəzlər isə yaxşı yuyulmadıqda risk mənbəyinə çevrilir. Xüsusilə küçədə doğranmış şəkildə satılan meyvələr gigiyena baxımından təhlükəli ola bilər.

Qida zəhərlənməsindən qorunmaq üçün qidaları soyuducuda saxlamaq, bişmiş yeməkləri uzun müddət otaq temperaturunda qoymamaq, küçə qidalarına qarşı diqqətli olmaq və əllərin gigiyenasına əməl etmək vacibdir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər yay aylarında qida seçimində daha ehtiyatlı olmalıdırlar",- deyə o qeyd edib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif