Yazıçılar Birliyinə üzv olmaq istəyən erməni yazıçı ilə bağlı AYB-dən - AÇIQLAMA

Yazıçılar Birliyinə üzv olmaq istəyən erməni yazıçı ilə bağlı AYB-dən -  AÇIQLAMA
Bütün Xəbərlər
13:28 23.06.2014
918

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmaq üçün biz onun əsərlərini təhlil etməli və onun hansı səviyyədə yazıçı olduğuna baxmalıyıq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında AYB-nin katibi Fikrət Qoca Ermənistanın Tavuş vilayəti merinin sabiq müşaviri, yazıçı Lyubik Çibuxçyanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmaq istəməsinə münasibət bildirərkən belə deyib.

 O, AYB-yə üzv olmaq istəyən bütün yazıçıların əsərlərinin əvvəlcədən yoxlanıldığını və ümumi rəydən sonra onların birliyə üzv qəbul edildiklərini bildirib:

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmaq üçün biz onun əsərlərini təhlil etməli və onun hansı səviyyədə yazıçı olduğuna baxmalıyıq. Biz öz yazıçılarımıza da bu qaydanı tədbiq edirik. Əgər erməni yazıçının əsərləri yaxşı olsa onu AYB-yə qəbul edə bilərik. Görünür o öz ölkəsində bu şəraiti görmədiyi üçün bizə müraciət edir”.

Xatırladaq ki, Ermənistan yazıçı Lyubik Çibuxçyan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmaq istədiyini açıqlamışdı.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR