"Yazırlar ki, guya mən qorxmuşam" - Namiqdən açıqlama

"Yazırlar ki, guya mən qorxmuşam" - Namiqdən açıqlama
MAQAZİN
19:31 14.10.2025
321
Bir neçə gündür toylardan birində səhnədə rəqs edən şəxsin Xalq artisti Aygün Kazımovanın üzərinə getdiyini əks etdirən görüntülər müzakirələrə səbəb olub. 

AZXEBER.COM xəbər verir ki, videoda ən çox tənqid edilən isə meyxanaçı Namiq Qaraçuxurlu olub. Belə ki, izləyicilər Qaraçuxurlunun həmin anda Kazımovaya yardım etməməsini pisləyib.

Məsələ ilə bağlı meyxanaçı paylaşım edərək baş verənlərə aydınlıq gətirib:

"Mən öz mədəniyyətimlə fəxr edən adamam. Bütün incəsənət adamlarını da belə görmək istəyirəm. Bu sizin bir neçə gündür seyr etdiyiniz görüntülərdən 5 dəqiqə öncə baş verən səhnədir. Bu qardaşımız doğmamız, azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla, içdən bildirən adamdır. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səsləyirdi.

Belə bir adamı sosial şəbəkələrdə az qala "terrorist "ediblər. Və guya mən 5 dəqiqə öncə qucaqladığım bu qardaşımızdan qorxmuşam. Toy sahiblərinin bu qardaşımıza yaxınlaşdığını, ümumiyyətlə burada heç bir xəta ola bilməyəcəyini görüb kənardan "orada dava gedir” ab-havası yaranmasın deyə uzaqlaşmağımı bu qədər səmimi, sevgi dolu bir adamdan qorxmağım kimi təqdim edirlər.

Biz belə sevgiylə demək olar ki, hər gün rastlaşırıq. Belə insanlara qayğı ilə yanaşmağı şəxsən mən özümə borc bilirəm.
Bəzi travması olan insanlara səslənirəm: Allah şahiddir ki, mən sizi başa düşürəm. Kaş ki taleyiniz belə olmazdı.Çünki siz də bizim doğma millətimizsiniz. Lakin siz məndən özünüz kimi biri düzəldə bilməyəcəksiniz. Mən qanacağım və düşüncəm ilə sizin övladlarınıza dəyərlər ötürməyi daha vacib sayıram.

Və sonda xəbis adamları lərzəyə salacaq bir dua: Allah sizə də, mənə də ürəyimizə görə versin".
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reuters: Körfəz ölkələri İranın Hörmüz boğazından keçidə görə könüllü ödəniş toplamasına razıdır
19:29 28.07.2026
Reuters: Körfəz ölkələri İranın Hörmüz boğazından keçidə görə könüllü ödəniş toplamasına razıdır
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
19:10 28.07.2026
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
18:57 28.07.2026
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
18:39 28.07.2026
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR