"Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır"

SİYASƏT
13:40 31.10.2020
773
"Biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Ermənistan isə həmişə buna qarşı olub. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib".

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.

"Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər”, - deyə dövlət başçısı əlavə edib.

Prezident deyib ki, yeddi rayon geri qaytarılmalıdır:

"Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:40 05.12.2020

Sarqsyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"

18:18 05.12.2020

Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO

18:10 05.12.2020

Köçəryan: "Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir"

18:06 05.12.2020

Ermənistan müxalifəti istefası üçün Paşinyana 3 gün vaxt verdi

17:55 05.12.2020

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirildi

17:47 05.12.2020

Müdafiə Nazirliyindən Bakıda keçiriləcək paradla bağlı - AÇIQLAMA

17:40 05.12.2020

Bakıda çoxmərtəbəli binada yanğın başladı

17:32 05.12.2020

Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEOREPORTAJ

17:23 05.12.2020

Ərdoğan: "Azərbaycanın qazandığı qələbə ana südü kimi halaldır"

17:11 05.12.2020

Kəlbəcərin yeni görüntüləri yayımlandı - VİDEO

17:06 05.12.2020

Son dəqiqə! Türkiyədə zəlzələ oldu

16:37 05.12.2020

Hulusi Akar: “Azərbaycan “Bir Vətən Əməliyyatı”nı uğurla həyata keçirdi"

16:22 05.12.2020

Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ

16:05 05.12.2020

Azərbaycanda rekord sayda insan koronavirusa yoluxdu

15:55 05.12.2020

Levon Ter-Petrosyan: "Ermənistanı vətəndaş müharibəsi gözləyir"

15:47 05.12.2020

Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir