Yeddi yaşlı qıza yeddi orqan köçürdülər

Yeddi yaşlı qıza yeddi orqan köçürdülər
Bütün Xəbərlər
14:40 17.02.2012
1265
Cənubi Koreyada yerli həkimlər 7 yaşlı qız uşağına bir dəfəyə 7 orqan nəql ediblər. ANS PRESS-in Rusiya mətbuatına isinadən verdiyi məlumata görə, əməliyyat ötən ilin oktyabr ayında həkim Kim Do Enin rəhbərliyi ilə Asans tibbi mərkəzində həyata keçirilib.Yeddi yaşlı Çxo İn Soya qara ciyər, mədəaltı vəzi, nazik bağırsaq, mədə, onikibarmaq bağırsaq, yoğun bağırsaq və öd kisəsi köçürülüb.“Qızcığazın əksər orqanları fəaliyyətini demək olar ki, dayandırmışdı. Biz bu transplantasiyaya iki ildir ki, hazırlaşırdıq. Bu cür əməliyyatları uşaqlarda etmək daha çətindir.Xoşbəxtlikdən bu dəfə hər şey yaxşı qurtardı”, - deyə Kim Do En bildirib.
OXŞAR XƏBƏRLƏR