Spirtli içki aludəçisi olan Ə.Əliyev yanvarın 3-də də adəti üzrə doyunca "vurub". Sonra isə hava almaq üçün Ağstafa çayının sahilində gəzməyə çıxıb. Axşam evə gəlməyən Ə.Əliyevi oğlu axtarmağa başlayıb. Onun meyiti yanvarın 4-də Ağstafa çayının Qazax rayonu ərazisindən keçən hissəsində tapılıb. Görünür, üzünü yumaq üçün çaya tərəf əyilən Əli Əliyev müvazinətini saxlaya bilməyərək suya yıxılıb. Sərxoşluğu isə onun sudan çıxmasına imkan verməyib.
Spirtli içki tüfeyli həyat tərzi keçirən mərhum Əli Əliyevin başına gətirdiyi ilk yox, son hadisədir. Belə ki, onun həyat yoldaşı da Əli Əliyevdən spirtli içki aludəçisi olduğuna, tüfeyli həyat tərzi keçirdiyinə görə ayrılıb. Elə o vaxtda mərhum onu atıb getməyən oğlu ilə birlikdə yaşayırmış.