“Xəzər” televiziyasının müxbiri, xəbər aparıcısı Yelena Sidorenko “Yeni Media Akademiya”nın tələbələri ilə görüşüb.
"İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, xəbər aparıcısı tələbələrlə öz təcrübəsini bölüşərək müxbir jurnalistika sahəsinə ilk addımlarından bəhs edib.
Həmçinin bu sahənin çətinliklərindən və zövqlü məqamlarından danışıb. Bir müddət xəbər aparıcısı kimi çalışsa da o, müxbirliyin daha maraqlı olduğunu qeyd edib. “Müəyyən müddət bu sahədən kənarda olsam da, peşəmə olan sevgi və maraq yenidən məni bu sahəyə gətirib. Hazırda da bu sahədə ikinci təhsilimi davam etdirirəm”. İştirakçıların suallarını cavablandıran qonaq, onlara öz tövsiyələrini də bildirib. O vurğulayıb ki, jurnalistin uğur qazanması üçün əsas məqamlardan biri şans və bacarıqdır. Eyni zamanda, müxbir öz müsahibi ilə düzgün rəftar etməli və xoş davranmağı bacarmalıdır.