Yelo Bank 3-cü rübü mənfəətlə başa vurub

Yelo Bank 3-cü rübü mənfəətlə başa vurub
İQTİSADİYYAT
11:28 15.10.2025
389
Yelo Bank 2025-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. Bankın mühüm maliyyə göstəricilərində pozitiv dinamika bu rüb də davam edib. Cari il ərzində Yelo Bank 25 mln manata yaxın mənfəət əldə edib. Xüsusi vurğulamaq lazımdır ki, həm əmanət, həm də kredit portfeli 1 milyard manatı keçib. Detallara nəzər yetirdikdə:

İlin əvvəlindən kredit portfeli 119 mln manat, 12%-dən çox artımla 1 mlrd 53 mln manatı keçib. Bankın, prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib.

2025-ci ilin ilk 9 ayında 
sahibkarlara 474 mln manat biznes krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ilin əvvəlindən 59 mln manat, 10% artımla 646 mln manatı ötüb.

Xüsusilə regionlarda mikro bizneslərin maliyyələşdirilməsi Bankın diqqət mərkəzindədir. 
Cari il ərzində mikro bizneslərə Bank tərəfindən 305 mln manat vəsait ayrılıb. Ümumilikdə il ərzində mikro biznes kredit portfeli 48,6 mln manat, 14% artıb, nəticədə rübün sonuna mikro biznes portfeli 395 mln manat təşkil edib.

Eyni müddətdə 284 milyon manatdan çox istehlak krediti ayrılıb. Nəticədə istehlak kredit portfeli 407 mln manatı ötüb, bu da ilin əvvəli ilə müqayisədə 60 mln manat, yəni 17%-dən çox artım deməkdir. Portfel artımının 40%-i, eləcə də satışların 38%-i məhz onlayn kanalların payına düşür.

Hesabat dövrü ərzində Yelo Bank-ın əmanət portfeli də böyüyüb. Ümumi əmanət portfeli ötən ilin sonu ilə müqayisədə 111 mln manat, 12% artmaqla bu ilin üçüncü rübünün yekununda 1 mlrd 40 mln manat təşkil edib. Artımın mühüm hissəsinin fiziki şəxslərin əmanətləri hesabına baş verməsi Bankın məhsul və xidmətlərinin cəlbedici olduğunu göstərir.

Bankın kapital mövqeyi də güclənib: hesabat dövründə məcmu kapital 168 mln manat təşkil edir, bu da ilin əvvəlindən 13% çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,68%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9,93% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi də 12% artaraq 1 mlrd 444 mln manat təşkil edib. Faiz gəlirləri 130 mln manatı, qeyri-faiz gəlirləri isə 11 mln manatı ötüb.


Yelo Bank İdarə Heyətinin sədri Anar Həsənov dövrün göstəricilərini belə şərh edib: "2025-ci ilin ilk doqquz ayının nəticələri göstərir ki, Yelo Bank qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir. Maliyyə göstəricilərimiz – kredit və əmanət portfellərinin hər ikisinin 1 milyard manatı aşması, kapital və aktivlərdəki artım planlarımızın uğurla reallaşdığını təsdiqləyir. Yeni strateji dövrün çağırışlarına uyğun olaraq, müştərilərimiz üçün əlavə dəyər və loyallıq yaradan bankçılıq mühitini formalaşdırmaqda davam edirik. Rəqəmsal həllərimiz maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bizneslərin dayanıqlı böyüməsinə mühüm dəstək verir. Əldə olunan nəticələr isə təsadüfi deyil – bunlar peşəkar komandamızın əməyinin və müştərilərimizin bizə göstərdiyi etimadın bəhrəsidir. Qarşıdakı dövrdə də birlikdə daha böyük nailiyyətlərə imza atacağımıza əminik”.

Bank xidmətləri (https://yelo.az/az/individuals/loans/) haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO