Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!

Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
İQTİSADİYYAT
10:46 15.07.2024
803

Yelo Bank 2024-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bank bu yarımil ərzində əsas maliyyə göstəriciləri üzrə müsbət tendensiyanı davam etdirib. Hesabata görə Yelo Bank cari ilin ilk 6 ayı ərzində 26 mln manat xalis mənfəət əldə edib.

Digər göstəricilərə nəzər salaq:

 


- İlin əvvəlindən ümumi kredit portfeli 83 mln manat (11%) artıb. Rübün sonuna ümumi kredit portfelinin həcmi 846,7 mln manat təşkil edib. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank üçün prioritet istiqamətlərdən olan real sektorun maliyyələşdirilməsinə yönəldilib.


 

- 2024-cü ilin ilk 6 ayı ərzində 11 mindən çox müştəriyə 221 mln manata yaxın biznes krediti verilib. Nəticədə biznes kredit portfeli ötən ilin sonu ilə müqayisədə 47 mln (10%-dək), analoji dövr ilə müqayisədə isə 86 mln manat (19%-dən çox) artaraq 529,7 mln manat olub.


 

- Eyni müddət ərzində 14 mindən çox müştəriyə 159 mln manatdan çox istehlak krediti ayrılıb. Bunun nəticəsində istehlak kredit portfeli də böyüyərək 317 mln manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 36 mln manat (13%), analoji dövr ilə müqayisədə isə 77 mln manat (32%) artım deməkdir. Bu satışların 38%-i, eləcə də portfel artımının 52%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.


 

- Cari ilin iyunun sonuna əmanət portfeli 807,7 mln manat təşkil edib. Dövr üzrə fiziki şəxslərin əmanət portfeli 60,7 mln manat artıb, bu da Yelo Bank-a olan inam və etibarın göstəricisidir.


 

- Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 23 mln manatdan çox (44%) artımla 75,8 mln manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 3 dəfədən çox artaraq 19 mln manatı keçib.


 

- Hesabat dövrünə Bank-ın məcmu kapitalı 130 mln manatı ötüb. Bu da requlyativ tələbdən 80 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,09%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8,02% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Bankın cəmi aktivləri isə hesabat dövrünün sonuna 1 mlrd 124 mln manat təşkil edib.

 

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün sonuna olan maliyyə nəticələrini belə şərh edib: "Əsas maliyyə göstəricilərimizdəki yüksək artım dinamikası həyata keçirdiyimiz yeni inkişaf strategiyasından qaynaqlanır. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edir. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. 2024-cü ilin sonunadək Bakı və ətraf qəsəbələrdə, eləcə də Şamaxıda bir neçə yeni rəqəmsal filial istifadəyə verəcəyik. Bununla yanaşı rəqəmsal xidmətlərimizi təkmilləşdirərək, innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim edəcəyik. İlsonunadək bu strategiyanı davam etdirərək cari ili daha böyük və parlaq uğurlarla yekunlaşdıracağımıza əminəm".

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook,Instagram,Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO