Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim etdi - FOTOLAR

Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim etdi - FOTOLAR
İQTİSADİYYAT
10:45 30.07.2025
788

Müştərilərinə daha sürətli və rahat xidmət təqdim etmək məqsədilə Yelo Bank daha bir rəqəmsal filialını istifadəyə verib. Sarayevo küçəsi, 33b (Əhmədli m/s-ın yaxınlığı) ünvanında yerləşən yeni filial, parlaq interyeri və müasir bankçılıq həlləri ilə müştərilərin xidmətindədir.

 

Bankın bir çox xidmət mərkəzi kimi Əhmədli filialı da rəqəmsal konseptlidir. Ənənəvi bank filiallarından əsas üstünlüyü müştərilərə zaman qazandırması və yüksək rahatlıq təmin etməsidir. Burada müştərilər kart alışı, kreditin təsdiqlənməsi, əmanət hesabı açılması kimi əsas bank əməliyyatlarını tamamilə onlayn və çevik həyata keçirə bilərlər.

 

Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova yeni filial barədə öz fikirlərini səsləndirib: "Yelo Bank olaraq əsas hədəfimiz bank xidmətlərini hər kəs üçün daha əlçatan və rahat etməkdir. Rəqəmsal filial konseptimiz də bizə daha sürətli, ağıllı və inklüziv maliyyə xidmətləri təqdim etməyə imkan verir.

 

Əsas məhsullarımızı rəqəmsallaşdırmaqla bərabər, filialdakı xidmətləri də optimallaşdıraraq, daha sürətli və minimum kağız istifadə edilən formaya gətiririk. Hər iki istiqamət bir-biri ilə sıx bağlıdır və müştəri məmnuniyyətinin artırılmasında mühüm rol oynayır. Kredit, kart və əmanət hesabı açmaq kimi əsas xidmətlər tamamilə onlayn – "end-to-end” şəkildə təqdim olunur. Digər rəqəmsal filiallarımız kimi Əhmədli filialı da əhalinin gündəlik ehtiyaclarına uyğun fəaliyyət göstərməklə bərabər, rəqəmsal vərdişlərin inkişafına töhfə verəcək”.

 

Bununla yanaşı, Yelo Bank artıq ölkənin bir neçə regionunda eyni konseptli müasir xidmət məntəqələrini istifadəyə verib. Ağcabədi, Xaçmaz, Qəbələ, Masallı, Tovuz və Şamaxı kimi regionlarda da müştərilərin rəqəmsal bankçılıq xidmətlərindən faydalanması mümkündür. Hazırda Yelo Bank paytaxt və regionlarda 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərir.

 
 Bank xidmətləri, o cümlədən mikro kredit haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
 
 Yelo Bank – Parlaq bankçılıq!

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb