Yelo Bankın real sektora dəstəyi artdı

Yelo Bankın real sektora dəstəyi artdı
İQTİSADİYYAT
17:46 27.01.2021
590
Yelo Bank 2020-ci ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini açıqladı.

AZXEBER.COM xəbər verir ki, hesabata əsasən dördüncü rübün sonunda Bankın cəmi aktivləri 390.9 mln manat təşkil edib.

Bankın kredit portfeli 308.3 mln manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4 mln. manat artımdan xəbər verir. Keçən ilin eyni dövrü ilə müqayisədə biznes kreditlərinin həcmində 22 mln. AZN və ya 18% artım müşahidə olunub.

Məcmu kapitalın adekvatlıq əmsalı 18.34 %, birinci dərəcəli kapital adekvatlığı əmsalı isə 16.04 % təşkil edir. Bu da, öz növbəsində, normadan müvafiq olaraq təxminən 2 və 3 dəfə çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.

Bank nizamnamə kapitalını 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 5.6% artıraraq 378 mln. manat səviyyəsinə çatdırmışdır.

Bank il ərzində güclü likvidlik mövqeyini qoruyub saxlaya bilmişdir.

Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov hesabat dövrü üzrə maliyyə nəticələrini şərh edib: "Hazırki dövrdə əsas vəzifəmiz pandemiyanın yaratdığı fəsadları daha tez aradan qaldırmaq üçün müştərilərimizin gözləntilərini və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Bu baxımdan, verdiyimiz biznes kreditləri həcminin artması bizim ölkənin real sektorunun inkişafına dəstəyimizin göstəricisidir. Bank olaraq real sektorun stimullaşdırlmasını bundan sonra da planlı şəkildə davam etdirəcəyik. Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq və il boyunca onlar bu təkliflərdən yararlana biləcəklər. Bununla yanaşı, biz davamlı olaraq yeni texnologiyalara yatırım edir, rəqəmsal məhsullarımızın sayını artırır, filial şəbəkəmizi genişləndirir və yeni konsepsiyamıza uyğun müasirləşirik. Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə də öz əksini tapacaq”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb