Xəbər verdiyimiz kimi, martın 14-ə keçən gecə Youtube.com və Google Video portallarında və müsavat-ın adıyla bağlı olan bir saytda “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın intim görüntüləri yayılıb. 13 mart tarixində isə hakim partiyanın mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetində "Xədicə İsmayılova göründüyü və olduğu kimi" adlı məqalə işıq üzü görüb. AZXEBER.COM portalı həmin məqaləni təqdim edir. Bu günlərdə “Azadlıq” radiosunun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovanın intim məzmunlu xəbərdarlıq məktubu alması barədə bəyanatı və bunun ardınca bir sıra yerli və xarici təşkilatların isterik bəyanatları media cameəsində müzakirə mövzusuna çevrilib. Mətbuatda dərc olunan materiallardan belə görünür ki, jurnalistləri həmkarlarının çətin duruma düşməsindən daha çox həmin məktubun təfərrüatı maraqlandırır.Lakin X.İsmayılovanın tragikomediyası təkcə jurnalistlərə yox, bəzi siyasətbazlara, “hüquq müdafiəçiləri”nə, ümumiyyətlə, “beşinci kolon”a da yaxşı mövzu verib. Belə ki, olaydan bir-iki gün keçən kimi, “ictimai palata” adlanan qurum növbəti toplantısında hadisəyə siyasi qiymət verdi və öz ampulasına sadiq qalaraq məsuliyyəti ölkə rəhbərliyinin üzərinə yıxdı. Əslində, Əli Kərimli ilə İsa Qəmbərin təmsil olunduğu hər hansı bir qurumun məsələyə fərqli prizmadan, formalaşmış stereotiplərdən kənar yanaşması təəccüblü görünərdi. Ardınca Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun kosmopolit rəhbəri Emin Hüseynli bəyan etdi ki, sən demə, bu, xüsusi xidmət orqanlarının işi imiş. Nümunə kimi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə həmin qəzetin direktoru Azər Əhmədin “Üç Palma” macərasının ictimailəşməsini, daha sonra Azər Əhmədin öz azyaşlı qız qohumu ilə pornoqrafik videogörüntüsünün yayımlanmasını, sonda da “Azadlıq”ın yazarları Natiq Güləhmədoğlu ilə Qan Turalının Oğuzdakı hotellərdən birində əxlaqsız əməlləri barədə materialın internetə yerləşdirilməsini misal kimi göstərdi.Bəyanatların, ittihamların siyahısını davam etdirmək də olar. Lakin onların hamısı monoton, bir-birini təkrarlayan, eyni məzmunlu olduğuna görə sadalamağa ehtiyac yoxdur. Belə bir təsəvvür yaranır ki, bu bəyanatların tezisləri bir mətbəxdə hazırlanıb, sifarişlər bir mərkəzdən gəlir. Əsas məqsəd diqqəti Xədicə İsmayılovanın əməllərindən, yəni, məktubun məzmunundan yayındırmaq və hakimiyyətə qarşı yeni ittihamlar üçün şərait yaratmaqdır. Görünən odur ki, “beşinci kolon” məsələni maksimum siyasiləşdirir və müəyyən dairələrin siyasi maraqlarına uyğun hazırlanmış informasiyanı ölkə hüdudlarından kənara çıxarır. Məlumatlar bir-birinin ardınca xarici təşkilatlara ötürülür və artıq ilkin reaksiyalar da var. ABŞ-ın Jurnalistləri Müdafiə Komitəsi bəyan edib ki, Xədicə İsmayılı susdurmaq üçün “intim taktikası”ndan istifadə edilir. Aşağıda açıqlayacağımız həqiqətlərin fonunda müxalif hüquqşünasların bəyanatı “sözün əsl mənasında” bütün mümkün sərhədləri aşıb keçir. Bu bəyanatda Xədicə İsmayılova “Azərbaycanın ünlü yazarı”, “Azərbaycan jurnalistikasının aparıcı simalarından biri”, hətta “ictimai xadim” adlandırılır. Baş vermiş hadisə “cinayət və əxlaqsızlıq” kimi qiymətləndirilir. Müxalifət mətbuatı həmişə iddia edir ki, hakimiyyət nümayəndələri, məmurlar, cəmiyyətdə tanınmış şəxslər ictimai əhəmiyyətli fiqurlar olduğuna görə medianın onların fəaliyyətini təftiş etməyə haqqı var. Məsələyə bu məntiqlə yanaşdıqda belə çıxır ki, əgər Xədicə İsmayılova yuxarıda sadalanan epitetlərin daşıyıcısıdırsa, deməli, cəmiyyətin onun haqqında da məlumat almaq hüququ var. Həmçinin, cəmiyyət üçün aydın olmalıdır ki, əxlaqsızlıq - əxlaqsız hərəkətlərə yol verməkdir, yoxsa bu hərəkətləri ifşa etmək? Bu suala cavab vermək üçün “Azadlıq” radiosunun Bakı bürosu haqqında, həmçinin, X.İsmayılova barəsində yazılan və yazılmayan bir sıra məsələlərə aydınlıq gətirməyi özümüzə borc bildik. Əlavə olaraq onu da bildiririk ki, bütün məlumatlar redaksiyamıza “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşları tərəfindən təqdim olunub. Kənan Kazımoğlu “Azadlıq”ın Azərbaycan redaksiyasına necə rəhbər oldu?Nə qədər təəccüblü görünsə də, 2007-ci ildə Kənan Kazımoğlu Abbas Cavadinin yerinə “Azadlıq” radiosunun Praqadakı Azərbaycan redaksiyasının rəhbəri vəzifəsinə gətirildi. Bu təyinat ona görə təəccüblü görünürdü ki, çoxları K.Kazımoğlunun ali təhsilinin belə olmadığını deyirdilər. Onun özünün təqdim etdiyi CV-də yalnız xaricdə dil kurslarını bitirdiyi qeyd olunub. Əslində, bu təyinatda K.Kazımoğlunun o vaxt ABŞ Milli Demokratiya İnstitutunun Bakıdakı nümayəndəliyində çalışan Coanna Levinson adlı xanımla əlaqələri mühüm rol oynamışdı. Qeyd edək ki, aralarında böyük yaş fərqinə baxmayaraq, C.Levinsonla nikaha girdikdən sonra K.Kazımoğlu xaricə köçür və bir müddət Vaşinqtonda “Amerikanın səsi” radiosunda müxbir kimi çalışır. C.Levinson Amerikanın Praqadakı səfirliyində diplomatik xidmətə göndərildikdən sonra o da “jurnalist” fəaliyyətini Çexiyada davam etdirir. Əvvəlcə “Azadlıq” radiosunun Praqa ofisində işə düzəlir, az sonra isə C.Levinsonun dəstəyi ilə redaksiyanın rəhbəri təyin olunur. Hamı, o cümlədən, radionun əməkdaşları K.Kazımoğlunu Azərbaycan hakimiyyətinə qarşı neqativ münasibəti olan və Əli Kərimliyə, Rəsul Quliyevə açıq simpatiyası ilə seçilən şəxs kimi tanıyırdı. Buna görə də, onun radionu yenidən Mirzə Xəzər dövrünə qaytarmaq niyyəti heç kimi təəccübləndirmədi. Radionu müxalifətin bilavasitə tribunasına çevirmək üçün verilən tapşırıqların üslubu dəyişdirildi, materiallara yanaşmada radionun jurnalistika prinsiplərinə söykənən təlimatları kənara atıldı. Hətta Praqadan selektorla keçirdiyi planlaşdırmaların birində K.Kazımoğlu açıq şəkildə deyib ki, tapşırıqlar radionun Vaşinqtondakı mərkəzi ofisindən gəlir, “kim bizim kimi düşünmürsə, burada işləməsin”. Yəni, xəbərlər Azərbaycan hakimiyyətinin əleyhinə hazırlanmalı idi və balans görüntüsü yaratmaq üçün qarşı tərəfin mövqeyinə azacıq yer ayrıla bilərdi. Əvvəlcədən mövqeyi məlum olan “ekspert”lərdən münasibət alınmaqla qərəzli materiallar öncə Azərbaycan dilində efirə verilirdi, daha sonra ingilis dilinə tərcümə olunaraq radionun əsas saytında və digər beynəlxalq xəbər portallarında yerləşdirilirdi. Belə bir şəraitdə uzun illər jurnalistika prinsipləri ilə işləmiş adamlar yeni rəhbərin tələbələrinə cavab verə bilməzdilər. Buna görə də, K.Kazımoğlu bir tərəfdən kollektivi daim təhdid edir, digər tərəfdən isə yeni standartlara cavab verən kadr axtarırdı. Belə kadr da məhz Xədicə İsmayılova oldu. Xədicənin dostları...Məlumat üçün bildirək ki, vaxtilə X.İsmayılova və K.Kazımoğlu AXCP-nin “yurdçu” qanadında təmsil olunublar. Lakin Xədicə həmişə özünü tərəfsiz jurnalist kimi təqdim edib. Bir dəfə “Azadlıq” radiosunun canlı yayımında Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev Xədicənin “yurdçu” olduğunu deyib. Xədicə buna etiraz edəndə isə Q.Həsənquliyev bildirib ki, “yurd”a üzv olması haqqında ərizəni özü şəxsən Xədicədən qəbul edib. Bundan sonra X.İsmayılova şoka düşərək studiyadan çıxıb. Mətbuatda gedən məlumatlara əsasən, əslən Sabirabaddan olan Xədicə İsmayılova AXCP-də Əli Kərimlinin qohumu kimi tanınıb və traybolist hisslərə qapılaraq daim onu müdafiə edib. Günlərin birində mətbuat konfransında AXCP sədri Əbülfəz Elçibəyi regionçuluqda ittiham etməsi də Xədicənin Ə.Kərimliyə sədaqətindən irəli gələn məsələ idi. Xədicə Ə.Elçibəyə demişdi ki, “Fazil Qəzənfəroğlunu müdafiə etməyiniz sizin regionçuluğunuza dəlalət etmirmi?”. Bəzi jurnalistlər bildirirlər ki, vaxtilə Svetlana imzası ilə Ə.Kərimlinin nəzarətində olan qəzetlərin birində Ə.Elçibəyin bəzi xəstəliklərə yoluxması haqqında dərc olunmuş materialın əsl müəllifi məhz X.İsmayılova olub.Əslində, bəzi mənbələrə görə, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Xədicə İsmayılovanın atası Rövşən İsmayılov Xüsusi Maşınqayırma və Konversiya Komitəsində məsul vəzifə tutmuş və müxtəlif maxinasiyalar vasitəsilə əməlli-başlı sərvət sahibinə çevrilmişdi. İstisna deyil ki, Xədicənin korrupsiya mövzusuna “sevgi”si məhz atası Rövşən müəllimin əməli fəaliyyətindən qidalanır. R.İsmayılovun qızına kifayət qədər mal-mülk saxladığı deyilir. Hətta 2009-cu ildə Xədicə Bakı kəndlərindən birində qiyməti bir neçə yüz min dollar olan torpaq sahəsini və mülkünü satmaq istədiyini, lakin münasib alıcı tapa bilmədiyini deyib. Beləliklə, Xədicə İsmayılovanın “yurdçu” olması K.Kazımoğlunun nəyə görə onu daim diqqətdə saxladığını qismən izah edir. Vaxtilə X.İsmayılova işsiz qalanda K.Kazımoğlu onu “Amerikanın səsi” radiosuna tərcüməçi vəzifəsinə işə düzəltmişdi. Maraqlıdır ki, “Amerikanın səsi” ilə birillik iş müqaviləsinin olmasına baxmayaraq, Xədicə Vaşinqtonda cəmi yarım il çalışdı və Bakıya qayıtdı. “Azadlıq” radiosunun Bakı redaksiyasının əməkdaşları deyirlər ki, Xədicə işin xoşuna gəlmədiyini bildirib və ümumiyyətlə bu mövzuda danışmağı xoşlamır. Üstəlik, “Amerikanın səsi” haqqında bir qayda olaraq neqativ tonda danışır. Radionun əməkdaşları “Amerikanın səsi”ndə işlədiyi vaxt Xədicə ilə bağlı böyük biabırçı qalmaqalın baş verdiyini bildiriblər. Lakin etika naminə həmin hadisəni qələmə almırıq.
K.Kazımoğlunun Xədicə İsmayılovanın üzərində dayanmasının ikinci səbəbi xanım jurnalistin fərdi xüsusiyyətləri, xarakteri və davranışı ilə bağlıdır. O, 2008-ci ildə “Azadlıq” radiosunun Bakı bürosuna rəhbər təyin olunub və bu vəzifədə 2010-cu ilin sentyabrına qədər çalışıb. Radionun keçmiş əməkdaşı Aygün Muradxanlı “Kaspi” qəzetinə açıqlamasında bu təyinatdan sonra “Azadlıq”da baş verən dəyişikliklər barədə belə deyib: “Mən radioda işə başlayanda Bakı ofisinin rəhbəri Natiq Zeynalov idi. O zaman bizim müsahib problemimiz yox idi. Rəsmilər, hakim partiyanın üzvləri, hakimiyyətə yaxın siyasətçilər, ekspertlər radioya müsahibə də verirdilər, canlı verilişlərə də qatılırdılar. Natiq Zeynalov Praqa ofisinə gedəndən sonra radioya Xədicə İsmayılova rəhbərlik etdi. Bununla da efirdən fərqlilik yox olmağa başladı. Yalnız hakimiyyətə yaxın insanlar deyil, QHT sektorundan, müxalifət düşərgəsindən də xeyli insan radio ilə münasibətini kəsdi. “Azadlıq” radiosu media qurumuna deyil, hakimiyyətə alternativ siyasi partiyaya bənzəməyə başladı. Mən bu durumla bağlı radio rəhbərliyinə məktub yazıb etirazımı bildirmişdim. Ola bilsin ki, mənə qarşı edilən haqsızlıqların səbəbi budur”.
K.Kazımoğlu öz iddialarında sərhəd tanımayan X.İsmayılovanın radionu hakimiyyətə qarşı tribunaya çevirmək missiyasını yerinə yetirəcəyinə inanırdı və rəhbərliyini də buna inandıra bilmişdi. Məsələn, Xədicənin aparıcısı olduğu “İşdən sonra” proqramı xüsusi qeyri-obyektivliyi ilə seçilirdi. Həbsdən azad olunduqdan sonra bir-iki dəfə bu proqramın qonağı olan Eynulla Fətullayev hüquq müdafiəçisi kimi baş çəkdiyi həbsxanalarda vəziyyətin yaxşılığa doğru dəyişdiyini öz gözləri ilə gördüyünü dedikdə X.İsmayılova ona qarşı hücuma keçərək əsl opponentlik eləməyə başlayır. Efirdən sonra Eynulla Fətullayev X.İsmayılovanın qərəzli mövqeyi barədə radio rəhbərliyinə rəsmi şikayət edir, sonra da mətbuatda bəyanat verərək bildirir ki, bir daha “Azadlıq” radiosunun proqramlarına qatılmayacaq. Digər tərəfdən, intriqaçılıq, kosmopolitlik kimi xüsusiyyətlər, eyni zamanda, əyyaş həyat tərzi, ailə, cəmiyyət qarşısında məsuliyyət hissinin olmaması, azərbaycanlı xanımlara yad dünyagörüşü, etik, əxlaqi dəyərlərə ironik münasibət X.İsmayılovanı digərlərindən kəskin fərqləndirirdi. Radionun əməkdaşları deyirlər ki, axşam saat 7-də iş qurtarmamış Xədicənin dostları kütləvi şəkildə “Azadlıq” radiosunun “Caspian Plaza”nın 2-ci mərtəbəsində yerləşən böyük ofisinə toplaşır və səhərə kimi orada qalırdılar. Səhər işçilər ofisə daxil olarkən mətbəxdə çoxlu sayda spirtli içki butulkaları, açılmış konservlər, pivələr görürdülər. Ofisdən səhərlər elə dözülməz iy gəlirdi ki, hətta planlaşdırma vaxtı pəncərələr bir neçə saat açıq saxlanılırdı. “Kaspian Plaza”nın əməkdaşları gecə saatlarında başlayan bu eyş-işrətlə bağlı dəfələrlə ofisin adiminstrasiyasına etirazlarını bildirmişdilər. Deyilənə görə, hətta bir dəfə “Kaspian Plaza”nın mühafizə xidmətinin əməkdaşları “Azadlıq” radiosunun pəncərəsindən bayıra qusan və aşağı yıxılmaq təhlükəsi ilə üzləşmiş içkili bir qadını çətinliklə aşağı sala biliblər. Xədicə şəhərin bahalı barlarının və klublarının daimi sakinlərindəndir. Eyş-işrətə və spirtli içkilərə aludəçiliyini heç vaxt gizlətməyib. Əksinə, dəfələrlə açıq şəkildə Azərbaycan xanımlarının, qızlarının tərbiyə, əxlaqi dəyərlərini lağ hədəfinə çevirib.Təbii ki, radionun əməkdaşlarının belə hallara etirazı heç bir fayda vermirdi, çünki K.Kazımoğlu bir qayda olaraq X.İsmayılovanı dəstəkləyir, ona qaşı çıxanları müxtəlif üsullarla susdururdu. Ofis daxilində işçilərin bir-birindən xəbərsiz Praqaya xəbərçilik etməsi adi hala çevrilmişdi, sanki, hamı bir-birindən şübhələnirdi. Yuxarıda adıçəkilən Aygün Muradxanlı Praqa və Vaşinqton ofislərinə şikayət yazdıqdan sonra kollektiv onu müdafiə edib və K.Kazımoğlu X.İsmayılovanı qurban verməyə məcbur olub. Amma təxminən 3 aydan sonra A.Muradxanlı da işdən azad edilib. Öhdəsində iki azyaşlı uşağın olmasına baxmayaraq, A.Muradxanlı hələ də öz hüquqlarını bərpa edə bilmir. O, qeyri-qanuni işdən çıxarılması ilə bağlı məhkəməyə şikayət etsə də, məhkəmə “Azadlıq” radiosunun xeyrinə qərar çıxarıb.Maraqlıdır ki, X.İsmayılova heç vaxt valideynləri haqqında danışmır. Hətta “Xalq cəbhəsi” qəzetində onun nənəsinin erməni olması barədə iddialara da heç bir reaksiya verməyib. Çünki qəzetə yaxın bəzi adamlarda onun haqqında geniş məlumatlar olduğunu bilir və iç üzünün ifşa olunacağından çəkinir. Düzü, bütün bunlar X.İsmayılova haqqında deyilənlərin yalnız bir qismidir. Etika naminə daha çirkin informasiyaları qəzetimizin səhifəsinə çıxarmaq istəmədik. Lakin elə yazılanlar da kifayətdir ki, “Azadlıq” radiosunun Bakı bürosunun və onun sabiq rəhbəri Xədicə İsmayılovanın əsl simasını görmək mümkün olsun. Çox maraqlıdır, özünü azərbaycanlı adlandıran şəxslər bütün bunlardan sonra nə deyib Xədicəni “jurnalist etalonu”, “mənəvi dəyərlərin müdafiəçisi”, “haqq-ədalət carçısı” kimi müdafiə edəcəklər?! Əvvəlcədən bəyan edirik ki, bəziləri ifadə azadlığını, Avropa standartlarını və daha nələri əsas gətirərək hakimiyyətə, tanınmış ziyalılara, vətəndaşlara atdıqları çirkaba bəraət qazandırdıqları kimi, biz də bir media orqanı olaraq bu çirkab atanlar haqqında cəmiyyəti düzgün məlumatlandırmaq istəyirik. Cəmiyyətin Qənimət Zahid, Azər Əhməd, Güləhmədoğlu və Xədicə kimiləri haqqında həqiqətləri bilməyə haqqı var. Qoy Xədicə və onu müdafiə edənlər indi də cəmiyyətin belə bir hüququnun olmadığını sübut etsinlər.