Yeni doğulanlar haqqında şəhadətnamənin surətini əldə etmək daha da asanlaşdı

Yeni doğulanlar haqqında şəhadətnamənin surətini əldə etmək daha da asanlaşdı
Bütün Xəbərlər
15:14 22.09.2013
1194

Səhiyyə Nazirliyi “Doğum haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı növbəti elektron xidmətini “Elektron hökumət” portalı vasitəsilə istifadəyə vermişdir.

AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni xidmətdən istifadə etmək üçün portala girərək, nazirliyin müvafiq bölməsinə daxil olmaq lazımdır.Həmin bölmədən sözügedən elektron xidməti seçdikdən sonra valideynin (ananın) yeni doğulmuş övladı haqqında şəhadətnamənin surətini əldə etməsi mümkündür.

OXŞAR XƏBƏRLƏR