Yeni dövlət orqanına iki rəis müavini təyin edildi

Yeni dövlət orqanına iki rəis müavini təyin edildi
Bütün Xəbərlər
11:30 11.04.2012
1530
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iki rəis müavini təyin edilib.Etibarlı mənbədən Trend-ə verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova iki müavin təyin edilib.Xidmətdən Trend-ə məlumatı təsdiqləyiblər.Etibarlı mənbənin verdiyi məlumata görə, rəis müavini vəzifəsinə Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev təyin olunublar.Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti prezidentin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə yaradılıb və 2007-2012-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmış Arzu Rəhimov bu xidmətə rəhbər təyin olunub.
OXŞAR XƏBƏRLƏR