Azxeber.com portalının “Habertürk”ə istinadən verdiyi xəbərə görə, internetdə tanış olan Tarık A. ilə Məltəm A. bir neçə ay sonra evləniblər. Yeni evlilərin tez-tez dalaşması Məltəm.A-nın bir müddət sonra intihar etməsinə səbəb olub. Bu hadisədən bir müddət sonra da, ər-arvad arasında söz-söhbət səngimək bilməyib. Bundan sonra hər iki gənc ayrı-ayrı otaqlara girərək çoxlu sayda həb qəbul ediblər. Bir neçə saat sonra evə gələn Tarık.A-nın anası oğlu və gəlininin vəziyyətinin pis olduğunu görüb onları təcili xəstəxanaya qaldırıb. Xəstəxanaya qaldırılan cütlüyün həyatını xilas etmək mümkün olub. Hadisənin ardından Məltəm.A-nın hamilə olduğu ortaya çıxıb.