Yeni Günəşli qəsəbəsində binanın lifti işləmir - VİDEO

Yeni Günəşli qəsəbəsində binanın lifti işləmir - VİDEO
SOSİAL
01:07 10.08.2026
224
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, bina 12-nin 3-cü  blokunun lifti aylardır ki, işləmir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, binanın lifti 2 aya yaxındır işləmir.

Xüsusilə yaşlı insanlar, uşaqlar və səhhətində problemi olan sakinlər üçün vəziyyət ciddi çətinlik yaradıb.
Sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiyyəti şəxslərə müraciət etsələr də, liftin nə zaman bərpa olunacağı barədə konkret cavab ala bilmirlər.

Bakı Şəhər İcra Hakimiyyəti "Lifttəmir" İstehsalat Birliyindən isə bildirildi ki, qeyd olunan ünvanda liftə kənar müdaxilə nəticəsində elektrik gərginliyinin dəyişməsi səbəbindən liftin inverter detalı sıradan çıxıb. Sözügedən lift Cənubi Koreya istehsalıdır və ehtiyat hissələri ölkəmizdə olmadığı üçün detalın həmin lifti quraşdıran şirkət vasitəsilə sifariş edilməsi zərurəti yaranıb. Sıradan çıxmış detalların gələn həftənin 4-cü gününə qədər Cənubi Koreyadan Bakıya gətirilməsi nəzərdə tutulur:

"Vətəndaşlardan xahiş edirik ki, liftlərin elektrik sisteminə və digər avadanlıqlarına kənar müdaxiləyə yol verməsinlər. Bu cür müdaxilələr liftin sıradan çıxmasına və sakinlərin təhlükəsizliyinin riskə atılmasına səbəb ola bilər”.

OXŞAR XƏBƏRLƏR