Dekabrın 31-də Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.
AZXEBER.COM-unməlumatına görə, bu barədə Day.Az saytına metropolitenin baş mühəndisi Etibar İsayev bildirib. Onun sözlərinə görə, adi günlərdə metro saat 00:00-a qədər işləyir. Həmin gün isə daha çox işləyəcək. "Hələlik metronun saat neçəyə qədər işləyəcəyini demək çətindir. Bu, sərnişin axınının həcmindən asılı olacaq. Ehtiyac duyularsa, əlavə vaqonlar da qoşulacaq", - o əlavə edib.