Yeni ilin tarixçəsini bilirsinizmi?

MARAQLI
14:43 31.12.2011
1990
Bəzi iddialara görə, "Yeni il"i ilk dəfə qədim çinlilər qeyd ediblər. Bəzi rəvayətlərə görə, isə qədim almanların və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.Əsas istinadlara görə, bayramın yaranmasının 25 əsrlik tarixi var. Deyilənə görə, ilin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada "Yeni il"in gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş”.Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış, yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır.Əsrlər keçdi, Roma dövləti rəsmi olaraq xristian dinini dövlət dini kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə, bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də "Milad günü"nü özündə birləşdirmiş oldu.Yanvar ayının-1 haqqında.Yanvar ayı Qriqori təqviminin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən, Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə, yanvarın 1-i İsa peyğəmbərin (ə) təvəllüd günü olaraq ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır. (halbuki, əksər xristianlar İsa peyğımbərin (ə) bu təqvimdə doğum günü olduğunu inkar edirlər).1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur.Yolkanın ”fəlsəfəsi”.Azərbaycan və müsəlman ənənələrinə yad olan "Yeni il bayramı”nda yolka əsas atributlardandır. Xristian ənənəsi olan yolka bəzəmək haqqında bəzi əfsanələr var ki, guya, yolka həyat rəmzidir.Ancaq Misirin sakinləri də dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bunu həyatın ölüm üzərində qələbəsi kimi qiymətləndirirdilər.
OXŞAR XƏBƏRLƏR