Yeni Kaledoniya sahillərində zəlzələ olub

Yeni Kaledoniya sahillərində zəlzələ olub
DÜNYA
08:20 20.11.2026
78
Fransanın dənizkənarı ərazisi olan Yeni Kaledoniya sahillərində, Sakit Okeanda 5,6 maqnitudada zəlzələ baş verib.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə ABŞ-nin Geologia Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanlar 20 noyabrda, Bakı vaxtı ilə saat 4:49-da qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdəki intensivliyə əsasən, "çox güclü" kimi təsnif edilir.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR