Yeni körpələr evinin açılışı oldu

Yeni körpələr evinin açılışı oldu
Bütün Xəbərlər
10:41 26.09.2013
735

Sentyabrın 25-də Bakının Xəzər rayonu Binə qəsəbəsində 285 nömrəli körpələrevi-uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olub.

Apa-nın məlumatına görə, açılışda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

M. Əliyeva körpələr-evi uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin martında bağçanın binası sökülərək yerində yenisi inşa edilib.

İki yüz iyirmi yerlik körpələr evi-uşaq bağçasında Azərbaycan və rus qrupları fəaliyyət göstərəcək.

M. Əliyeva uşaqların istirahəti üçün yaradılan şəraitlə yaxından tanış olub.

Heydər Əliyev Fondunun prezidentinə uşaq bağçası-körpələr evinin ətrafında aparılan abadlıq işləri barədə də məlumat verilib.

OXŞAR XƏBƏRLƏR