Virusu siçanlar və digər gəmiricilər yayırlar.Amerikalı alimlərin dediklərinə görə, bu il parkda olmuş hər kəs risk qrupundadır. Bu isə yüz minlərlə insan deməkdir.AZXEBER.COM-un CNN-ə verdiyi xəbərə görə, ABŞ-ın qərbində, Kaliforniya ştatında olan Yosemiti Milli Parkının rəhbərliyi risk qrupunda iyul-avqust ayında parkda dincələn insanların olduğunu vurğulayıb.8 turistdə hantaviruslu ağciyər sindromu aşkarlanıb. Bu xəstəliyi diaqnozlaşdırmaq həddən artıq çətindir.Virusa yoluxmuş şəxslərin üçü artıq xəstəlikdən vəfat edib.Birləşmiş Ştatların hakimiyyət dairələrini narahat edən digər məqam odur ki, Yosemiti parkında olmuş turistlərdən 2500 nəfəri əcnəbi turistlərdir. ABŞ-ı tərk etmiş bu şəxslər öz ölkələrində virusun potensial daşıyıcıları ola bilərlər.Alimlər bildirirlər ki, virus daşıyıcısı olan gəmiricilərin yaşadıqları ərazidəki tozu udmaq bu xəstəliyə yoluxmağa yetərlidir.Yoluxmadan 20 gün sonra qripi xatırladan ilk simptomlar müşahidə olunur.Çox ağır qrip kimi keçən xəstəliyin peyvəndi və ya müalicəsi yoxdur.