“Yeni media və şəbəkələşmədə təşkilatların rolu” mövzusunda “dəyirmi masa” keçiriləcək
GƏNCLİK
00:08 08.09.2011
2003
AGAT (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı) sentyabrın 10-11 də “Nabran Holiday Village” hotelinin dəstəyi ilə “Yeni media və şəbəkələşmədə təşkilatların rolu” mövzusunda “dəyirmi masa” keçirəcəkdir. Təşkilatdan bildirilib ki, tədbirin məqsədi Azərbaycanın lobbiçilik siyasətinin inkişafında olduqca mühüm rol oynayan yeni media və şəbəkələşmə işində fəallığın artırılması, ölkəmizin beynəlxalq arenada müsbət imicinin formalaşmasında yeni mediadan istifadə üsullarının araşdırılmasıdır. Dövlət rəsmiləri, jurnalistlər və gənc sahibkarların iştirak edəcəkləri tədbirdə gənclər təşkilatlarının yeni media və şəbəkələşmə işində əməkdaşlıq ideyası hazırlanacaqdır.