Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır
MEDİA
23:07 22.11.2011
1870

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans təşkil olunub.

AZXEBER.COM-un məlumatına görə, Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti Osman Gündüz Konfransı açaraq onun məramı və məqsədi haqqında məlumat verib. Ölkədə Yeni Medianın sürətli inkişaf etdiyi bir məqamda adı çəkilən mövzunun kifayət qədər önəmli olduğunu diqqətə çəkib. O, yeni media mütəxəssislərinin hazırlanması istiqamətində peşəkar müzakirələrə ciddi ehtiyac olduğunu bildirib. Konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov açılış nitqi ilə çıxış edib. O, artıq ölkədə İnternet medianın bir infrastruktur olaraq formalaşdığını və insanların informasiya münasibətlərində yeni media subyektlərinin mühüm yeri olduğunu qeyd edib. O, Yeni Medianın inkişafına ciddi diqqət yetirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə atılan addımları dəstəklədiyini və bu sahənin son dövrlərdə Mətbuat Şurasının da nəzərində olduğunu qeyd edib.

Konfransda Osman Gündüz “Yeni medianın vəziyyəti və peşəkarlıq”, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi Kafedrasının müəllimi Könül Niftəliyeva “Jurnalistika təhsilində yeni medianın yeri” və weboxu.com bloqunun sahibi, AİF İH üzvü Şaiq Muradov “Sosial mediadan effektiv istifadə imkanları” mövzularında təqdimatlar ediblər.

Təqdimatlarda bütövlükdə yeni medianın mövcud vəziyyəti, problemlər və onların aradan qaldırılması ilə bağlı Təklif və tövsiyələr öz əksini tapıb. Ölkədə dinamik inkişaf edən yeni media sektorunun hazırda əsas problemlərindən birinin də kadr təminatı ilə bağlı olduğu qeyd edilib. Problemin aradan qaldırılması üçün ali təhsil müəssisələrində yeni tədris modelinin yaradılmasının vacibliyi, Universitetlərdə tələbələrin praktiki bacarıqlar əldə etməsi üçün şəraitin yaradılması, onlayn laboratoriyaların təşkil edilməsi, tədris və biznes sektorunun əməkdaşlığının zəruriliyi və digər səmərəli təkliflər irəli sürülüb.

Konfransda mövzu ətrafında səmərəli müzakirələr aparılıb. Müzakirələrdə İREX-in əməkdaşları Ələsgər Məmmədli və Mürsəl Əliyev, AMEA ITI-nin şöbə müdiri Rasim Mahmudov, BDU-nun və Naxçıvan Dövlət Universitetlərinin kafedra müdirləri Cahangir Məmmədli və Seyid Surə, Qafqaz və Xəzər Universitetlərinin İnternet jurnalistika müəllimləri Emin Hüseynzadə və Aydın Xan, RİTN-nin nümayəndəsi Kamal Məmmədov, Sahil şirkətinin direktoru Vahid Qasımov, BDU-nun beynəlxalq jurnalistika üzrə magistri, yeni media sahəsində fəaliyyət göstərən Ellada Mustafayeva, yeni media mütəxəssisi Azər Nəzərov, BDU-nin Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyev və digərləri çıxış ediblər.

Çıxışlarda yeni media sahəsində yeni yaranan münasibətlərə, yeni kadrlara olan tələbata, yeni medianın tədrisi vəziyyətinə ciddi diqqət yetirilib. Peşəkar yeni media mütəxəssislərinin hazırlanması üçün təhsil, biznes və İKT sektorunun birgə səylərinin gücləndirilməsinin vacibliyi bildirilib. Yeni medianın tədrisinin təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Yeni media ilə əlaqəli fənnin əsas fənn olaraq tədris edilməsinin vacibliyi vurğulanıb.

Konfransda İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələrin nümayəndələri, yeni media texnologiyaları sahəsində çalışanlar, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Konfransın yekununda irəli sürülən təklif və tövsiyələrin ümumiləşdirilərək yeni medianın tədris modelinin hazırlanmasında istifadə ediləcəyi qeyd olunub. Gələn ilin əvvəlində yeni medianın tədris modelinin layihəsinin müzakirəyə çıxarılacağı bildirilib.

Konfrans Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir. Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı