Azərbaycanda yeni QHT fəaliyyətə başladı

Azərbaycanda yeni QHT fəaliyyətə başladı
SOSİAL
17:52 05.03.2018
4017
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, tədbirdə millət vəkilləri, ziyalılar, media nümayəndələri, ölkənin ictimai-siyasi həyatında aktiv olan qadınlar iştirak ediblər.
 
İctimai Birliyin sədri Arzu Bağırova bu il Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu bildirib: "1918-ci ildə müsəlman şərqində ilk dəfə qadınlara seçki hüququ Azərbaycan Cümhuriyyətində verilib. Bu, fəxr olunası tarixi hadisədir. Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdikdən sonra qadınlarımız ictimai həyatda fəal iştirak edirlər. Onlar siyasi və biznes fəaliyyəti ilə məşğuldurlar”.
 
Tədbirin həm də 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunduğunu vurğulayan A. Bağırova İctimai Birliyin fəaliyyəti və məqsədləri barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Onun sözlərinə görə, İctimai Birlik hüquq və iqtisadi maarifləndirmə işini aparacaq, hüquq və iqtisadi sahələrlə bağlı həyata keçirilən layihələrə dəstək verəcək. A. Bağırova göstərdiyi mənəvi dəstəyə görə Milli Məclisin deputatı Qənirə Paşayevaya təşəkkürünü çatdırıb.
 
Millət vəkili Qənirə Paşayeva isə öz növbəsində deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının valideynləri, həyat yoldaşları da tədbirdə iştirak edir: "Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qadınları Azərbaycan dövlətinin yanındadır. Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Biz qadınlar cənab prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyik. Bu gün tədbirimizdə qardaş Türkiyədən böyük nümayəndə heyəti, ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, "APA Holding”in prezidenti Vüsalə Mahirqızı və digər dəyərli qonaqlarımız iştirak edir. Onları aramızda görməkdən qürur duyuruq. Ümid edirəm ki, Arzu xanımın təşkilatı öz fəallığı ilə seçiləcək, vətəndaşlarımızın hüquqi və iqtisadi maariflənməsinə mühüm töhfələr verəcək”.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini S. Qəhrəmanova qeyd edib ki, Azərbaycan qadınlarına seçib-seçilmək hüququnun verilməsi məsələsi hələ 1917-ci ildə Rusiya Dumasında müzakirə olunub: "Azərbaycan qadınının səsi bu gün daha uzaqlardan gəlir. Bu gün Azərbaycanın ən ucqar bölgələrində belə qadınlarımız öz fəallığı ilə seçilirlər".
 
Tədbir musiqi proqramı ilə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər