Yeni sayt, yeni rahatlıq – kristal.az artıq istifadədə!

Yeni sayt, yeni rahatlıq – kristal.az artıq istifadədə!
İQTİSADİYYAT
15:59 03.06.2025
1217

"Kristal”dan yeni veb-sayt – mənzil axtarışı artıq daha asan!

"Kristal” rebrendinq çərçivəsində tamamilə yenilənmiş və funksional imkanlarla zənginləşdirilmişwww.kristal.az veb-saytını ictimaiyyətin istifadəsinə təqdim edib. Yeni sayt müasir istifadəçi tələblərinə cavab verən dizaynı, geniş məlumat bazası və rahat interfeysi ilə həm mənzil axtaranlar, həm də daşınmaz əmlak sahəsində qərar vermək istəyən investorlar üçün əvəzolunmaz rəqəmsal platformaya çevrilir.

Bütün layihələr bir toxunuşla qarşınızda. Yenilənmiş kristal.az veb-saytı vasitəsilə istifadəçilər artıq "Kristal” şirkətinin təhvil verilmiş və inşası davam edən bütün layihələri, onların yerləşdiyi ərazilər, mənzillərin sahələri, otaq sayı, təklif olunan qiymət aralıqları və digər vacib parametrlər haqqında ətraflı məlumat əldə edə biləcəklər. Yeni platforma bu məlumatları sadə, vizual və rahat formada təqdim edərək istifadəçiyə seçim prosesini daha aydın və sürətli şəkildə aparmağa şərait yaradır.

Birbaşa inteqrasiyalı təkmilləşdirilmiş mənzil axtarış sistemi və ipoteka kalkulyatoru. Saytda inteqrasiya edilmiş dəqiq ipoteka kalkulyatoru vasitəsilə istənilən mənzil üzrə ilkin ödənişi, aylıq ödənişləri və ümumi kredit dəyərini bir neçə saniyə ərzində hesablamaq mümkündür. Bununla yanaşı, saytın ən innovativ funksiyalarından biri olan mənzil müqayisə bölməsi alıcılara eyni anda bir neçə mənzilin texniki və maliyyə göstəricilərini paralel şəkildə analiz etməyə, daha doğru qərar verməyə imkan yaradır.

Mənzilləri müqayisə et, rahat seçim et. Yeni sayt həm də vizual təcrübəni gücləndirən alətlərlə zəngindir. 3D mənzil planları vasitəsilə istifadəçilər mənzilin planını və yerləşməsini daha yaxşı təsəvvür edə bilərlər. Əlavə olaraq, interaktiv xəritə funksiyası istifadəçilərə layihələrin coğrafi yerləşməsini vizual olaraq araşdırmağa, şəhərin müxtəlif bölgələrində yerləşən layihələr arasında rahatlıqla seçim aparmağa şərait yaradır.

Mənzillər, kampaniyalar, vakansiyalar – hamısı bir platformada. Artıq sayt üzərindən layihəyə birbaşa görüş təyin etmək də mümkündür. İstifadəçilər istədikləri layihəni seçərək özlərinə uyğun vaxtda şirkətlə əlaqə qurmaq və layihə ilə əyani tanışlıq üçün görüş sifariş etmək imkanına sahibdirlər. Eyni zamanda, saytda hazırda satışda olan bütün mənzillər, xüsusi kampaniyalar, şirkətlə bağlı son xəbərlər və mövcud vakansiyalar bir yerdə təqdim olunur.

https://www.youtube.com/watch?v=bUT-qYGm07Q

Xəyalındakı mənzili bəyən və ya sevdiklərinlə paylaş. Yeni platforma həmçinin sosial paylaşım funksiyaları ilə də təkmilləşdirilib. İstifadəçilər bəyəndikləri mənzilləri bir kliklə dostları və yaxınları ilə paylaşa bilər, beləliklə seçim prosesində çevrələrinin rəyini də nəzərə ala bilərlər.

Ətraflı məlumat üçün: *1544

www.kristal.az

Kristal – Bütün layihələr bir toxunuşla qarşınızda.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar