“İnsan öz vəzifəsində qocalmamalıdır.”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında YAP-ın Idarə Heyətinin üzvü Şahlar Əsgərov deyib. O, Təhsil Naziri vəzifəsində Mikayıl Cabbarovun Misir Mərdanovu əvəzləməsinə münasibət bildirib: “Yeni Təhsil Nazirimiz cavan kadrdır, xaricdə təhsil alıb. Amerikada xarici təhsil sisteminə bələd olub. Bunlar müsbət amillərdir və hesab edirəm ki, Mikayıl Cabbarov bunları təhsilimizdə tətbiq edə bilər. Biz ona yalnız uğurlar arzulamalıyıq. Ümid edirəm ki, öz bacarıqları ilə Azərbaycanın təhsil sisteminə töhfə verəcək. Fikrimcə, bu yaxşı dəyişiklikdir. Napoleonun bir sözü var: “İdarəetmənin incəliyi budur ki, heç kəs öz vəzifəsində qocalmamalıdır.” Biz də bu cavan və savadlı kadra uğur diləyirik.”
Sabiq deputat Təhsil Nazirinin müavini vəzifəsinə gətiriləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: “Bu, mətbuatda yayılan yanlış iddiadır. Təhsil Nazirliyində müavin vəzifəsinə keçmək fikrim yoxdur.”
Ceyhun