Yeni tələbə olanlar üçün – VACİB QƏRAR

Yeni tələbə olanlar üçün –  VACİB QƏRAR
Bütün Xəbərlər
15:07 13.08.2015
2223
Avqustun 14-dən etibarən ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. E. Nağızadə bildirib ki, ali məktəblərə qəbul olan şəxslərin qeydiyyatı avqustun 24-dək davam edəcək: "Proses zamanı qəbul olunan şəxslər qəbul olduqları ali təhsil müəssisəsinə müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddət ərzində qeydiyyatdan keçməmək qaydalara uyğun olaraq həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək".
E. Nağızadə qeyd edib ki, artıq ali məktəblərə qəbul olunan tələbələrin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub.
OXŞAR XƏBƏRLƏR