Yeni tikililərdə qiymətlər artıb

Yeni tikililərdə qiymətlər artıb
Bütün Xəbərlər
10:23 23.08.2013
1072
Yeni tikililərdə qiymət artımı müşahidə olunub.
İlin əvvəlindən başlayan artım dinamikası iyul ayı üçün də xarakterik olub. “Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin” monitorinq qrupu tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə 1 kv. metrin orta qiymət göstəricisi iyun ayında 870 manat olduğu halda iyul ayında artaraq 884 manatadək yüksəlib. İqtisadçıların araşdırmalarına görə artım tək qiymətlərdə deyil, həmçinin bağlanan əqdlərin sayında da müşahidə edilir. Tələbat əsasən 1 kv.metri 800 manat olan mənzillərdə daha çox nəzərə çarpır.Azərbaycan Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov hesab edir ki, yeni tikililərin qiymətində yaranan canlanma tələbin təklifi üstələməsi ilə əlaqəlidir. Nəticədə, yeni tikililərin həcminin azalması mənzil əldə etmək istəyən əhalinin isə sayının əksinə artması qiymətlərə bir başa təsir edir.Digər bir səbəb kimi isə bazarda ötən ay yüksək qiymətlərə satışa çıxarılan mənzillərin payının artması göstərilir. Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu ərazisindədir. Burada mənzilin 1 kv.metrinin orta qiyməti 1200 manat, Xətai və Nəsimi rayonlarında isə qiymətlər 950 -1100 manat arasında dəyişir.Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı isə bazarın 2/3-ni təşkil edir. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 3,1%, ötən ilə nisbətən isə 10,2% artımla yadda qalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025