Yeni videoçat yaradıldı: qeydiyyat tələb olunmur

Yeni videoçat yaradıldı: qeydiyyat tələb olunmur
Bütün Xəbərlər
20:43 08.05.2011
20978
Hələlik beta-rejimdə işləyən və AB adlanan videoçata aim.com/av/ ünvanında daxil olmaq mümkündür. Servisin rəsmi buraxılış tarixi bəlli deyl.

AV videoçatında eyni vaxtda 4 nəfər ünsiyyətdə ola bilər. "Skype"dən fərqli olaraq, AV istifadəçidən qeydiyyat istəmir. Dialoqa başlamaq üçün istifadəçi servisin əsas səhifəsinə daxil olmalı, unikal yönləndirmə almalı, həmin yönləndirmənin ünvanını danışmaq istədiyi adamlara yollamalı və sonra da həmin adamların videoçata qoşulmalarını gözləməlidir.

AOL-un meneceri Ceyson Şellin dediyinə görə, bu yaxınlarda korporasiya daha bir neçə yeni məhsulu bazara çıxaracaq.

AOL korporasiyası AİM messenceri, "The Huffington Post" internet qəzeti, "TechCrunch" texnobloqu və "Bebo" sosial şəbəkəsinə malikdir.

OXŞAR XƏBƏRLƏR