Dekabrın 24-də Ağdam rayonunda "Yeni Yurd” İctimai Birliyinin təşkilati və maliyyə dəstəyi ilə inşa edilən 5-ci Subartezian quyu, həmçinin Bulağın açılış mərasimi keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə birliyin rəhbəri Mahirə Əsədova məlumat verib.
O, bildirib ki, tədbir Prezident İlham Əliyevin doğum gününə həsr olunub:
"Tədbirimiz dekabrın 24-də baş tutacaq və ölkə başçısı İlham Əliyevin doğum günü ilə əlaqədar keçiriləcək. Mərasimi rayon əhalisi böyük səbirsizliklə gözləyir. Böyük məmnuniyyətlə cənab Prezident İlham Əliyevi və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanı həmin mərasimdə görmək istəyirik. Bu bizim üçün fəxr olar”.