Yeni Zelandiyanın Baş naziri koronavirusa yoluxub

DÜNYA
18:10 14.05.2022
141
Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin koronavirus testi müsbət çıxıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o, bu barədə instaqram səhifəsində məlumat yayıb.

"Bütün səylərimə baxmayaraq, təəssüf ki, ailəmin qalan hissəsinə qoşuldum və COVID-19 üçün müsbət test aldım", - o yazıb.

Əvvəllər koronavirus onun qızı və ortağında aşkarlanıb. Bununla əlaqədar olaraq Ardern mayın 8-dən təcrid vəziyyətindədir.

Yeni Zelandiya hökumətinin məlumatına görə, xəstəliyin əlamətlərini Arderndə mayın 13-ü axşam saatlarında ortaya çıxıb.

OXŞAR XƏBƏRLƏR