“Yəqin ki, Hacıbala müəllimi tənqid edən müğənnilərə qadağalar qoyulacaq” – Tahir İmanovdan SENSASİON AÇIQLAMA

MAQAZİN
12:23 06.09.2017
13454

"Nə qadağaları varsa, bizə tətbiq etsinlər.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətinə həsr olunan tənqidi kliplə bağlı danışarkən söyləyib. O, şou-biznes nümayəndələrinin ifası ilə icra başçısının fəaliyyətinin tənqid edilməsində satira və yumorun olduğunu bildirib:

"Bu bizim keçən ilki konsertimizin kiçik bir parçasıdır. İndi yayımlayırlar. Burada məqsəd bizi siyasi oyunların və hansısa konfiliktlərin mərkəzinə çəkməkdir. Siz bilirsiz ki, Hacıbala Abutalıbovu ilk parodiya edən biz olmuşuq. O dövrdən bu günə kimi burada yumor və satiradan başqa heç nə olmayıb. Mən bütün saytlardan xahiş edirəm ki, ara qızışdırmasınlar.  

T.İmanov illərdir məmurların fəaliyyətini tənqid etdiklərini və buna görə telekanallara buraxılmadıqlarını deyib:

"Biz illərdir ki, məmurları və onların fəaliyyətlərini tənqid etmişik. Buna görə, bu gün bizə telekanallar qadağalar qoyublar. Buna görə teatrımız ac saxlanılır. Halal xoşları, yenə də buna bir söz deməyəcəyik. Bizim sənətimizə qiymət versinlər, başqaları ilə işimiz yoxdur”.

Aktyor Hacıbala Abutalıbovun onunla görüşdüyünü və ilk parodiyasından sonra ona təşəkkür etdiyini də əlavə edib:

"Ümummilli Lider Heydər Əliyev və İlham Əliyev bizim konsertlərimizə gələndə təkcə Hacıbala Abutalıbov deyil, bütün məmurların hamısı bizimlə çox xoş münasibətdə idilər. Hətta ilk parodiyadan sonra Hacıbala Abutalıbov məni öz kabinetinə dəvət edərək təşəkkürünü bildirmişdi. Bunların hamısını ona görə deyirəm ki, o zamankı dövrlə indini müqayisə edəsiniz. Həmin tənqid, həmin satira, həmin yumordu. Amma indi bizim teatrı sıradan çıxartmağa çalışırlar. Səbəb isə tənqidlərimizdir. Bizə telekanallar deyirlər ki, siz də müasir dövrlə ayaqlaşın, sizə efir vaxtı verək. Niyə? Biz zirvələri fəth etmişik. O zirvələri ona görə fəth etmişik ki, bu gün onların dediyini edək? Buna biz imkan verə bilmərik. Öz fəaliyyətimiz ilk gündə olduğu kimi davam edəcək. Bizim adımız tək Azərbaycan tarixinə deyil, beynəlxalq KVN tarixinə yazılıb.

T.İmanov məlum klipdən sonra orada iştirak edən müğənnilərin icra hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək konsert proqramlarına qadağalar qoyulacağını deyib:

"Yəqin ki, həmin müğənnilərə icra hakimiyyətinin tədbirlərində qadağalar qoyulacaq. Mən bunu bilirəm. Bunu etməsinlər. Bilirsiz ki, bu artıq bizim ölkədə məşhur taktikadır. Bir şey olmamış qadağalar tətbiq edilir. Bir daha deyirəm ki, bu layihə mənim təşəbbüsüm ilə həyata keçirilib. Nə qadağaları varsa, bizə tətbiq etsinlər. Burada qeyri-adi bir şey yoxdur. Biz demokratik bir ölkədə yaşayırıq və tənqidlərin də olması bu səbəbdən normaldır.

 

AZXEBER.COM

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb