Yer ilə kosmos arasında lift inşa ediləcək

Yer ilə kosmos arasında lift inşa ediləcək
DÜNYA
15:39 09.08.2026
220
Kosmik lift gələcəyin ən iddialı mühəndislik layihələrindən biri hesab olunur.

Layihəyə əsasən, Yerin ekvatorundan geostasionar orbitdə yerləşən stansiyaya qədər, təxminən 36 min kilometr uzunluğunda nəhəng kabel çəkiləcək.

Xüsusi "klaymerlər” bu kabel boyunca hərəkət edərək insan və yükləri raketlərə ehtiyac olmadan kosmosa daşıya biləcək.

Layihənin əsas problemi isə kifayət qədər yüngül və son dərəcə möhkəm kabel materialının hazırlanmasıdır. Bu məqsədlə karbon nanoboruları əsas namizədlərdən biri hesab olunur.
 

Yaponiyanın Obayashi Corporation şirkətinin konsepsiyasına görə, sistemin ümumi uzunluğu təxminən 96 min kilometr ola bilər. Layihə çərçivəsində kosmik stansiyalar, günəş elektrik stansiyaları və digər infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulur.


Mütəxəssislər hesab edirlər ki, əsas texniki problemlər həll olunarsa, kosmik liftin tikintisi təxminən 25 il çəkə bilər. Konsepsiyanın müəllifləri geostasionar stansiyanın ilk tamhəcmli istismarının təxminən 2050-ci ildə mümkün ola biləcəyini proqnozlaşdırırlar.
 
//bizim.media
OXŞAR XƏBƏRLƏR