Yerli və xarici turistlər Azərbaycanda ən çox bu ərazilərə gedir - SİYAHI

Yerli və xarici turistlər Azərbaycanda ən çox bu ərazilərə gedir - SİYAHI
SOSİAL
16:32 10.08.2026
353
Azərbaycanda yerli və xarici turistlərin daha çox səfər etdiyi bölgələr açıqlanıb.

AZXEBER.COM-un Dövlət Turizm Agentliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, hazırda turistik səfərlər ənənəvi olaraq 4 əsas turizm dəhlizi üzrə cəmləşib.

Bunlar Bakı-Şimal, Bakı-Şimal-Qərb, Bakı-Qərb və Bakı-Cənub turizm dəhlizləridir. 

Agentliyin məlumatına görə, əsas turizm resurslarının, nəqliyyat əlçatanlığının, turizm fəaliyyətlərinin, turizm nümayiş obyektlərinin və digər dəstəkləyici infrastrukturun cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlər sırasındadır.

Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur da artıq turistlərin ən çox səfər etdiyi istiqamətlər arasındadır. Bu dəhlizlərdən əlavə, Naxçıvan ayrıca turizm destinasiyası kimi diqqət çəkir.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, 2026-cı ilin ilk rübündə Bakıdan sonra iqtisadi rayonlar üzrə ən çox səfər edilən ərazilər Şəki-Zaqatala, Quba-Xaçmaz, Qarabağ, Abşeron-Xızı, Lənkəran-Astara, Gəncə-Daşkəsən və Dağlıq Şirvan olub.

Beləliklə, 2026-cı ilin ilk rübünün göstəricilərinə görə, Şəki-Zaqatala iqtisadi rayonu Bakıdan sonra turistlərin ən çox səfər etdiyi bölgə kimi öndədir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR