Yevgeni Ostrovenko: “Vəhdət Sultanzadə hər zaman etibar edə biləcəyin insan və diplomatdır” - FOTO

SİYASƏT
19:51 24.06.2020
1006

Dost, üstəlik də ömürlük, əsl dost – insanın ən böyük nailiyyətidir.

Zamanın tez keçməsi və ötən illər bunu daha aydın dərk etməyə imkan verir.

Mənim belə bir dostum var. Biz onunla birlikdə İranda İslam İnqilabının çətin illərini yaşadıq, demək olar ki, bizə yaxın olan bütün bu ölkəni gəzdik, əvvəllər vahid və böyük olan ölkəmizin dağılmasından sonra da bir-birimizi itirmədik, qeyri-rəsmi əlaqəni indi də saxlayırıq.

Həmişə bilirəm ki, şanlı Bakı şəhərində bütün sevinclərimi və sıxıntılarımı bölüşə biləcəyim, mənə vaxtında zəng vuracaq və xoş sözlər söyləyəcək bir dostum var.

Onun adı Vəhdət Məmmədağa oğlu Sultanzadədir. O, Azərbaycanda hörmətli şəxs, fövqəladə və səlahiyyətli səfir, yüksək dövlət mükafatlarının sahibidir.

Mənim üçün isə o, Vəhdət olub və belə də qalacaq. İndi tez-tez buna müəllim – hörmətli müraciətini də daxil edirəm.

Azərbaycan-İran etimologiyasında "vəhdət” sözü "birlik”, "bütövlük”, "bölünməzlik” və "birləşmək” kimi vacib anlayışları bildirir. İnsana münasibətdə bunu tam, daxilən toplanmış bəşər övladı kimi anlamaq olar.

Vəhdət müəllim məhz belə bir insandır. Həmişə çalışır və əminəm ki, etdiyi hər şeyi ən yaxşı şəkildə etməyə çalışır.

Sovet diplomatik xidmətində birgə fəaliyyət göstərdiyimiz illərdə də belə idi, eyni zamanda, Azərbaycan Respublikasının mənafeyi naminə də səylə çalışıb.

Onun diplomatik bacarıqlarının zirvəsi Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri kimi uğurlu və səmərəli işi oldu. O zaman demək olar ki, 80 yaşında idi!

Təqaüdə çıxdıqdan sonra Vəhdət müəllim diplomatiyadan və ölkəsinin təcili vəzifələrinin həllindən kənarda qalmadı. Əsl vətənpərvər kimi Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir, uğurlu və məhsuldar inkişafına töhfə verir.

Bu günlərdə Vəhdət Məmmədağa oğlu Sultanzadənin diplomatik yola qədəm qoymasından 50 ildən artıq vaxt keçir və mən onu bu əlamətdar tarixlə əlaqədar ürəkdən təbrik etmək və ona möhkəm cansağlığı, yeni yaradıcılıq və diplomatik uğurlar arzu etmək istərdim.

Yevgeni Ostrovenko, Rusiya Federasiyasının diplomatik xidmətinin əməkdar işçisi



 


OXŞAR XƏBƏRLƏR