Azərbaycanın Yevlax rayonunda qətl hadisəsi törədilib.Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Qoyunbinə kəndində qeydə alınıb. Kənd sakini, 86 yaşlı Əli Əliyevin üzərində xəsarətlər olan meyiti yaşadığı evdə aşkar edilib. Onun kimin tərəfindən öldürüldüyü hələlik məlum deyil.