Yevlaxda binanın eyvanı uçdu: yaralılar var

Yevlaxda binanın eyvanı uçdu: yaralılar var
Bütün Xəbərlər
12:35 22.07.2015
932
Yevlaxda binanın eyvanı uçdu. 2 nəfər xəsarət aldı.
AZXEBER.COM  El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax şəhər Qamboy Quliyev küçəsindəki 3 saylı yataqxana binasında eyvanın uçması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə 3-cü mərtəbədə yaşayan Dilarə Muxtar qızı Həşimova və Zeynəb Rasim qızı Yusifova eyvanda olarkən baş verib. Nəticədə hər iki şəxs binanın 3-cü mərtəbəsindən 2-ci mərtəbənin eyvanına düşüb. Xəsarət alan qadınlar Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR